"Narkotikə yox" və "Erkən nikahın fəsadları

62 nömrəli məktəb-liseydə 12 fevral 2025-ci il tarixində polis nümayəndələrinin rəhbərliyi ilə məktəb-liseyin şagirdləri üçün "Narkotikə yox" və "Erkən nikahın fəsadları" mövzularında profilaktik görüş keçirilmişdir.
Görüşdə qonaqlar şagirdlərə zərərli vərdişlərin fəsadları və erkən nikahın mənfi təsirləri barədə geniş məlumat vermiş, onların cəmiyyət və fərdi həyat üçün yaratdığı təhlükələri vurğulamışlar.
Bu görüş şagirdlərin maarifləndirilməsi və gələcəkdə daha məsuliyyətli qərarlar vermələri baxımından mühüm əhəmiyyət daşıyır.