Qədim türk diyarı- Naxçıvan
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə 62 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdləri arasında mövzusu əsasən Naxçıvanın abidələri, tarixi, görkəmli şəxsiyyətləri, coğrafi mövqeyi və nemətləri haqqında olan "Qədim türk diyarı- Naxçıvan" adlı intellektual bilik yarışı keçirildi.
Naxçıvan haqqında keçirilən intellektual bilik yarışması çox maraqlı və dəyərli bir tədbirdir.Bu cür yarışmalar gənclərin intellektual inkişafına töhfə verir, eyni zamanda qədim türk diyarı- Naxçıvanın mədəni irsini və tarixini daha yaxından tanıtmaq məqsədi daşıyır.