Cüdo komandamızın uğuru
62 nömrəli məktəbin nəzdində fəaliyyət göstərən Cüdo Federasiyasının məşqçisi Mehman Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərən komanda üzvləri böyük uğur qazanıblar. Onlar federasiya tərəfindən təşkil olunan kəmər imtahanında iştirak edərək hər biri sarı kəmərə layiq görülüblər.
Bu uğur gənc idmançılarımızın səylərinin və Mehman Hüseynovun peşəkar rəhbərliyinin nəticəsidir. Komandamızı ürəkdən təbrik edir, onlara gələcək yarışlarda da uğurlar arzulayırıq!