Təbiətdən incəsənətə
Şagirdlərin təqdim etdiyi layihələr ekoloji problemlərin həllinə fərqli baxışlar təqdim edir. Şagirdlər, təbiətin qorunmasına dair mesajlarını və eləcədə respublikamızda keçiriləcək COP 29 haqqında məlumatları qısa videoçarxlar , slaytlar vasitəsilə çatdırmağa çalışdılar. Burada şagirdlər ətraf mühitə mənfi təsir göstərən faktorları və onların qarşısının alınması yollarını göstərmişlər.Bu həm maarifləndirici, həm də təsirli olub, izləyicilərə ekoloji məsələlərin əhəmiyyətini aşılamaq məqsədi daşıyırdı. Məsələn, bir video layihəsində şagirdlər su israfının qarşısının alınması üçün gündəlik həyatda asanlıqla tətbiq oluna biləcək addımlar göstərdilər.