Ətraf mühitin qorunması

Ətraf mühitin sağlamlaşdırılması və təbiətin qorunması müasir dövrümüzün ən vacib mövzularından biridir. Bununla əlaqədar keçirilən dəyirmi masalarda şagirdlər yaşıllıqların bərpası, su ehtiyatlarının qorunması və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə mövzusunda maraqlı çıxışlar etdilər. 
Bu  baxımdan, şagirdlər yaşıllıqları artırmaq üçün ağac əkmə kampaniyalarının genişləndirilməsinin vacibliyindən danışdılar. Həmçinin, şəhərlərdə parkların və meşəlik ərazilərin sayını artırmağın zəruriliyi vurğulandı. Şagirdlər hər bir insanın məsuliyyətli davranaraq, yaşıllıqların qorunmasında və artırılmasında fəal iştirak etməli olduğunu qeyd etdilər.
Dəyirmi masada su ehtiyatlarının qorunması da müzakirə olundu. Şagirdlər bildirdilər ki, su ehtiyatları tükənməz deyil və onların düzgün idarə olunması təbiətin davamlılığı üçün çox əhəmiyyətlidir. Dünyada su çatışmazlığı problemi getdikcə daha geniş yayılır, bu problemin aradan qaldırılması üçün israfın qarşısının alınmasının vacibliyini qeyd etdilər. Onlar suyu qənaətlə istifadə etməyin yollarını, evdə və ictimai yerlərdə suya qənaət edən texnologiyaların tətbiqinin vacibliyini vurğuladılar.
Sonda iştirakçıların təklifləri səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi