"Kitab oxucu axtarışında"
2023-2024-cü tədris ilində X. Quliyev adına 62 nömrəli məktəb-liseyin 5a və 5b sinifləri "KİTAB OXUCU AXTARIŞINDA" müsabiqəsində iştirak etdilər.
Uşaqlara kiçik yaşlarından mütaliəni sevdirmək, onları faydalı vərdişlərə yiyələndirmək, şagirdlərimizdə oxuduqları əsərlər haqqında mühakimə yürütmək qabiliyyətini formalaşdırmaq müsabiqənin məqsədi idi.
10 iyun tarixində qaliblər elan edilərək müsabiqə yekunlaşdı.
Ümid edirik ki, məktəblilərin bu tədris ilində mütaliə edərək öyrəndikləri təcrübələr həyatlarında hər zaman müsbət təsirini göstərəcək.