Yaşıl Dünya naminə həmrəylik ili
Bakı şəhəri İcra Hakimiyyətinin təşəbbüsü ilə 20 aprel 2024-cü il tarixində saat 10.00-13.00 -dək "Yaşıl Dünya naminə həmrəylik ili" Nizami rayonu Xalid Quliyev adına 62 nömrəli məktəb -liseydə iməclik keçirildi.İməclikdə başda məktəbin direktoru Mətanət xanım Cabbarlı olmaqla məktəb kollektivinin nümayəndələri fəal iştirak etmişdilər.Onlar məktəbin həyətyanı sahələrində bir sıra abadlıq işləri apararaq,həmin ərazilərdə sanitar təmizliyin yüksək səviyyədə olmasına şərait yaratmışlar.