"Ana dilimizi qoruyaq"
Dil millətin varlığını ,milli -mənəvi irsini qoruyan,nəsildən-nəsilə ötürən ən güclü vasitədir.Hər bir insan öz ana dilini gözəl bilməli və onu qorumalıdır.Ana dili insanın mükəmməl təhsil almasında ,mənəvi aləmin zənginləşməsində və soydaşları ilə ünsiyyət qurmasında böyük rol oynayır.Dilimizin inkişafında ,onun sevdirilməsində kitabların,saysız-hesabsız əsərlərin böyük rolu var. Hər il olduğu kimi bu il də 62 nömrəli məktəb-liseyin şagirdləri dilimizə olan sevgilərini hazırladıqları ədəbi -bədii kompozisiya ilə göstərməyə müvəffəq oldular.Şagirdlər doğma dilimizin əsrlərdən keçib gələn tarixi haqqında məlumatları və bu dildə yazılmış bədii nümunələri səsləndirdilər.Kitabxanada kitabxanaçıların iştirakı ilə IX siniflərdə "Ana dilimi öyrənirəm"mövzusunda yazılmış esse üzrə debat keçrildi.Ayrı-ayrı siniflərdə "Ana dilimizi qoruyaq " mövzusunda dərslər keçrildi .Görkəmli dilçimiz F.Köçərli demişdir:"Bir millətin,xalqın varını,dövlətini əlindən alsan ,o millət ölməz,yaşayar.Ancaq dilini əlindən alsan ,həmin millət məhv olar,ondan əsər-əlamət qalmaz". Ana dilimiz bizim mənliyimizdir! Müstəqilliyi qanı bahasına əldə etmiş millətimizin varlığının təstiqidir!Gəlin dilimizi hər zaman sevək və onu qoruyaq!.