İdman həftəsi
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
İdman həftəsi çərçivəsində 62 nömrəli məktəb-liseydə səhər gimnastikası keçirildi, idman növu olan üzgüçülük və onun yaranma tarixi haqqında şagirdlərə məlumat verildi, idmançıların yarışlara psixoloji hazırlığına aid maarifləndirici söhbətlər aparılmış, şagirdlər arasında sürətli qaçış və şən startlar estafet yarışı keçirilmiş və qaliblər mükafatlandırılmışdır.