Xocalı soyqırımı

32 il öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalıda insanlığa, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsidir. 
         Ümummilli lider Heydər Əliyev Xocalı faciəsinə Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilməsinə nail oldu və ermənilər tərəfindən törədilmiş insanlıq əleyhinə cinayət aktı “Xocalı soyqırımı” kimi rəsmiləşdirildi.
          Erməni vandallarının otuz iki il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlara qarşı törətdiyi insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarının xatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznlə anılır.
          Xocalı soyqırımının növbəti ildönümü ərəfəsindəyik, bu il əvvəlki illərdən fərqlidir, çünki  Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu gün artıq soyqırım qurbanlarının narahat ruhu şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi