20 Yanvar -Hüzn və Qürur günümüz

20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil,həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan  xalqın azadlıq səsini ucaltdığı.öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar o gecə şəhidlərimizin qanı ilə Azərbaycanın yeni tarixi yazıldı. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 yanvar faciəsi müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqının şərəfli tarixidir. Ümumilli liderimiz Heydər Əliyevin dediyi kimi,o gecə tökülən qanlar  Azərbaycan müstəqilliyini qəbul etdirən milli bayrağımızın üstündəki qandır.  Bu səbəbdən də illər ötəcək, nəsillər dəyişəcək lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq, onlar heç vaxt  unudulmayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi