2 fevral " Gənclər Günü"
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və gənclərə yüksək qayğı ,diqqətin yüksək təzahürü olan 2 fevral Gənclər Günü 62 nömrəli məktəb-liseydə qeyd olundu.Hazırda gənclərlə bağlı ölkəmiz tərəfindən aparılan tədbirlər,onların elmin,mədəniyyətin müxtəlif sahələrində uğur qazanmaları ,ölkəmizi xarici ölkələrdə təmsil etmələri gənclər üçün yaradılan böyük imkanlardan xəbər verir.Vətənimizdə türkçülük və vətənpərvərlik ruhunda böyüyən gənclərin yetişdirilməsi müəllimlərin vətəndaşlıq borcudur.Çünki "Gələcək gənclərimizin ,gənclər isə müəllimlərin şah əsəridir".