18 oktyabr Müstəqilliyin Bərpası Günü
2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi ki, bu qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan hər daim öz müstəqilliyini qorumuşdur. Son üç ildə isə bütün dünyaya öz gücünü, xalqının birliyini, dövlət başçısının uzaqgörən siyasətini nümayiş etdirən Azərbaycan müstəqillik yolunda atdığı hər addımı ilə digər dövlətlərə də örnəkdir. 3 ildir ki, bu günü daha qalib dövlət olaraq daha qürurla qeyd edirik. 62 nömrəli məktəb -liseydə də bu tarix ən önəmli yaddaş kimi hər il qeyd edilir.