Bilik günü
15 sentyabr bütün ümumi təhsil müəsisələrində bilik günü kimi qeyd edilir. Bu münasibətilə 62 saylı məktəb-liseydə bu günə həsr olunan təntənəli tədbirin açılışı oldu.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri açıq elan edən məktəbim direktoru Mətanət Cabbarlı yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri və müəllimləri təbrik edib.onlara Azərbaycanın layiqli vətəndaşları olmağı arzulayıb. Daha sonra şagirdlərin ifasında mahnı və rəqslərdən ibarət kiçik kompozisiyalar nümayiş etdirildi. İlk dərs 'Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur' mövzusuna həsr olunmuşdur.