Son zəng
14.06.2023-cü il tarixdə bütün respublika ümumtəhsil məktəblərində olduğu kimi 62 nömrəli məktəb-liseydə də "Son zəng" tədbiri keçirildi. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. 11-ci sinif şagirdləri bir-birindən maraqlı kompozisiyalarla və musiqi nömrələri ilə çıxış etdilər. Məktəbin direktorunun məzunlarla birgə ifa etdiyi "Yallı" tədbirə xüsusi gözəllik qatdı. Bütün məzunlarımızı təbrik edir, uğurlu həyat yolu arzulayırıq.