Sağlam şəxsiyyət sağlam gələcək

Sağlam psixoloji iqlim yaratmaq, şəxsiyyətlərarası münasibləri aşkar etmək məqsədilə 62 nömrəli məktəb-liseyin psixoloqu Aslanova Gülşən şagirdlər arasında psixoloji test keçirmişdir. Psixoloji testin əsas məqsədi şagirdlərin maraq və meyillərinin düzgün formalaşması, onlara şəxsi profilaktik köməklik göstərmək ,eyni zamanda, şagirdlərə hüquq və vəzifələri haqqında məlumatlandırıcı söhbətlər aparmışdır. Sonda uşaq hüquqları mövzusunda təqdimatlar nümayiş etdirildi və şagirdləri maraqlandıran sualllar cavablandırıldı.