5 iyun Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür.

Bu gün Dünya Ətraf Mühitin Mühafizəsi günüdür
05.06.2023 cü il tarixində Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Giləzi-Xızı yolu ətrafında təmizlik aksiyası keçirilib.
BMT-nin İnkişaf Proqramının əməkdaşlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, diplomatik korpus nümayəndələrinin, Bakı Oksford məktəbinin, Elitar gimnaziyanın, Akademik Zərifə Əliyeva adına liseyin, 269 və 62 nömrəli məktəblərin müəllim və şagird heyətinin, ekokönüllülərin iştirak etdiyi aksiya zamanı 2 hektara yaxın ərazi müxtəlif növ plastik və məişət tullantılarından təmizlənərək ümumilikdə 150 kq-a yaxın tullantı toplanıb. 
Təmizlik aksiyalarının keçirilməsində məqsəd ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi