Od çərşənbəsi

Xalid Quliyev adına 62 nömrəli məktəb-liseydə 14.03.2023 tarixində torpaq çərşənbəsinə və yazın gəlişinə həsr olunmuş tədbir keçirildi. Tədbir məktəbin 8-ci sinif şagirdləri tərəfindən hazırlanmışdı. Şagirdlər Novruz bayramının adət-ənənələrindən danışdılar, müxtəlif oyunlar nümayiş etdirdilər. Azərbaycan filmlərindən maraqlı səhnələr göstərdilər. Tədbir bütün iştirakçıları əhatə edən birlik rəmzi olan "Yallı" milli rəqsi ilə başa çatdı.