İdman həftəsi

İdman hər bir insanın, xüsusilə də, uşaqların sağlamlığı üçün vacibdir. İdman uşaqların böyüməsində,inkişaf etməsində, orqanizmdə xəstəliklərə qarşı müqavimətin artmasında mühüm rola malikdir. 27 fevral-3mart tarixində idman həftəsi  layihəsi çərçivəsində 62 nömrəli məktəb-liseydə" Sağlam həyat sağlam gələcək "şüarı altında bir sıra tədbirlər təşkil olundu. Fiziki tərbiyə müəllimi Qahir Şikarov şagirdlərlə səhər gimnastikası edərək günə idmanla başlamağın sağlamlığa müsbət təsirini qeyd etdi. Eyni zamanda siniflər arası" Ən sürətli şagird" qaçış yarışı keçirildi. Sağlam həyat tərzinin gündəlik həyata təsiri haqqında şagirdlərə məktəb-liseyin psixoloqu Vəliyeva Gülşən təşkil edilən seminarda ətraflı məlumat verdi. İdman+sağlam qidalanma=sağlam həyat mövzusu haqqında şagirdlərin təqdimatları və rəsmləri nümayiş etdirildi. "Mübariz iradəli və sağlam olmaq" adlı esse yaz layihəsində ilk 3 yerin qalibi olan şagirdlər təltif edildi. Layihənin yekununda şagirdlər mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi