“İTi Zəka” hakaton müsabiqəsi
12.12.2022ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə təşkil etdiyi uşaqlar arasında “İTi Zəka” hakaton müsabiqəsi keçirildi. Həmin müsabiqədə 62 nömrəli məktəb-liseyin 9cu sinif sagirdləri Ağayev Asif, Müslümzadə Şəms,Müslümzadə Mehin,Qəhrəmanova Mədinə,Mustafayev İbrahim iştirak etmişdi.
Müsabiqənin məqsədi uşaqlara öz hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, innovativ həll yolları təklif etmək üçün şərait yaratmaq, onlarda kreativ düşüncəni formalaşdırmaq, eyni zamanda komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirməkdir.
Müsabiqədə qeydiyyatdan keçmiş 230 şagirdin içərisindən 34 nəfər seçilmişdir.
Biz iki layihə təqdim etdik
1. “Uşaqlarda inkişaf və təhsildə rənglərin rolu”
2.”Təhsil və uşaq”