Şuşa 270
Bu gün "Cəmiyyətin və medianin inkişafi" Istimai Birliyi qeyri- hökumət təşkilatinin dəstəyi ilə Xalid Quliyev adina 62 məktəb- liseydə "ŞUŞA 270" adli qisa metrajli filmin təqdimati kecirilmişdir.
Öncə qonaqlari Gənc Sahinlərimiz hərbi marsla salamlayaraq meydana Azərbaycan bayragi və "DəmirYumruq" gətirdilər,sonra Azərbaycan Respublikamizin Dövlət himni səsləndi .
62 məktəb-liseyin direktoru Mətanət Cabbarli ,I və II Qarabag müharibəsində torpaqlarimizin bütövlüyü ugrunda canlarindan keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad edərək tədbiri açiq elan etdi.
Sonra çixiş üçün söz "Cəmiyyətin və Medianin inkişafi birliyinin " sədri Lalə Azərtaca verildi və film təqdim edildi
Tədbirdə məktəbimizin məzunlari ,II Qarabag muharibəsində şəhid olmuş Samir Xəlilli və Elsevər Əhədzadənin valideynləri və gazi Rafiq Rəhimli də iştirak etdilər.Filmin sonunda şəhid analarimiz və qazimiz Rafiq Rehimli belə tədbirlərin əhəmiyyətliliyindən danişaraq Lalə Azərtaca və məktəbin rəhbərliyinə təşəkkur edərək bu vətənpərvərlik mövzusunda tədbirlərin tez-tez kecirilməsini tovsiyə etdi.Tədbir muəllimlər,valideynlər və şagirlər tərəfindən maraqla izlənildi.