Məktəb-liseyin daha bir uğuru.
62 nömrəli məktəb-liseyin 10 C sinif şagirdi Həsən Quliyev Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclər Fondu və BMT Azərbaycanın təşkil etdiyi Azərbaycan Simulyasiya Akademiyasının Qoşulmama Hərəkatı Nazirlər Görüşü simulyasiyasında Sierra Leone dövlətini təmsil edərək Ən yaxşı nümayəndə mükafatına layiq görülüb. Görüşün əsas mövzusu olan Pakistanda olan təbii fəlakətlər və Qlobal İqlim krizisi ilə bağlı hərəkət planı mövzusunda öz təmsil etdiyi dövlət adından qətnamə sənədi hazırlayıb və üzv dövlətlərin səs çoxluğu ilə qəbul olunub.