27 sentyabr Anım günü.
27 sentyabr Azərbaycanda Anım günüdür . Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilən Anım günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə,bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Vətən müharibəsi bizim şanlı tariximiz,şəhidlər və qazilər qürür mənbəyimizdir. Xalqımız hər zaman 27 sentyabr-Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək,öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır. 27 sentyabr 62 nömrəli məktəb-liseydə də Anım Günü qeyd edildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin ! Şəhidlərimizin ruhu qarşında baş əyirik.