Fəxrimiz
Musayeva Günel və Xeyrənsə bacıları 2012-ci ildə 62 nömrəli məktəb-liseyi Qızıl medalla bitirmişlər. Məktəb-liseyimizin məzunları ali təhsillərini Türkiye Bahçeşehri Universiteti MBA da almışdırlar. 2017-ci ildə həmin Universiteti Günel birinciliklə, Xeyrənsa isə üçüncülüklə bitirmişdirlər. İlkin magisturatura təhsillərini Bahçeşeher universitetində MBA, ikinci magisturatura təhsillərini Böyük Britaniyanın WARWICK Universitetində tamamlamışlar. Hal- hazırda Günel Azərbaycan respublikası Dövlət neft Fondu, İnvestisiyalar Departamentində və AUKAADA sədr olaraq, Xeyrənsa isə Nobel ENERGY ŞİRKƏTİNDƏ İNVESTİSİYA ANALİSTİ olaraq AUKAA-da sədr müavini kimi fəaliyyət göstərirlər. Hər ikisi eyni zamanda UNEC-də MBA tələbələrinə dərs keçirlər.
“Bakı Portu Söhbətləri” layihəsi ilə sözün əsl mənasında fəxr edirəm və hər dəfə iştirak edən şəxslərə necə faydalı olduğunun, müzakirələrin necə maraqlı keçdiyinin şahidi oluram. Cənab Təhsil nazirimiz Emin Amrullayev ilə olan görüşümüzdən isə ayrıca zövq aldım. Təhsil bir ölkənin gələcəyini müəyyənləşdirən ən önəmli sektordur və necə doğru əllərdə olduğunu görüşümüz boyunca dəfələrlə anladım. AUKAA - The Azerbaijan-UK Alumni Association İdarə Heyəti sədri olaraq cənab nazirə dəvətimizi qəbul edib bizimlə maraqlı fikir mübadiləsi etdiyi üçün bir daha çox təşəkkür edirəm.