Repreduktiv sağlamlıq
62 nömrəli məktəb-liseydə VII sinif qızları ilə Repreduktiv sağlamlıq mövzusunda keçirilən tədbirdə məktəbin psixoloqu İbrahimova Ülviyyə, həkim Salmanova Sevinc, tibb bacısı Bayramova Albina iştirak etdilər. Tədbirdə yeniyetməlik dövrünü yaşayan qızlarda baş verən cinsi yetişkənlik, fiziki dəyişiklik,psixi - emosional və davranış dəyişiklikləri haqqında məlumat verildi. Həmçinin şagirdlərə zərərli vərdişlər: alkoqolizm və narkomaniyanın sağlamlığa vurduğu ziyan haqqında məlumat verildi. Yeniyetmələrin qidalanması ilə bağlı vacib məsələlər müzakirə olundu. Psixoloji zorakılığa məruz qalmış yeniyetmənin xüsusiyyətləri və onlara qarşı zorakılığın profilaktikası haqqında söhbətlər aparıldı