Riyazi Beyin Xəritəsi

Bakı şəhəri Nizami rayonu Xalid Quliyev adına 62 nömrəli  məktəb - liseyin riyaziyyat müəllimi Cəmilə Əsgərova 2021-ci il V Qrant Müsabiqəsində  qalib olmuş "Riyazi Beyin Xəritəsi" layihəsi üçün maraqlı addımlar atmaqda davam edir. Belə ki, 9 mart 2022 tarixində riyaziyyatın teoremlərini isbat edən avadanlıqlar ilə məktəblilərlə dərs keçmiş, onların teoremləri daha mükəmməl mənimsəməsi üçün çalışmışdır.

Bundan əlavə olaraq 12 mart 2022-ci ildə şagirdlərlə online görüş təşkil etmiş, Pİ günü adlı görüşündə Pİ ədədi haqqında məktəblilərə ətraflı məlumat vermiş, layihənin ekspertləri Bəhman Məmmədov və Aliyə Əhmədova maraqlı çıxışları ilə şagirdlərlə riyaziyyatın sirrləri haqqında danışmışlar.Layihə proqramçısı  Şəmistan Əlizadə şagirdlərə riyazi simulyasiyalar ilə müxtəsər vurmanın düsturu necə hesablanmış olduğunu göstərmişdir.Maraqlı görüş sonrası  iştiraçkılar sertifikatla təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi