Beynəlxalq Stem layihəsi

Məktəbimizin riyaziyyat müəllimi Cəmilə Əsgərova V Qrant Müsabiqəsində  qalib olmuş "Beynəlxalq online STEM olimpiadasına hazırlıq və iştiraçıların beynəlxalq STEM olimpiadasında iştirakı" layihəsində təlimçi olaraq 200 şagirdə təlim keçmişdir.Bu təlimə 62 nömrəli  məktəb liseyin 17 nəfər şagirdi qoşulmuş, təlimlərdə iştirak etmişlər. Olimpiadada imtahan verərək, final mərhələsinə keçmişlər və sertifikatla təltif olunmuşlar.Bundan əlavə məktəbimizin ibtidai sinif müəlliməsi Gülşən Ənvərli  "Beynəlxalq Kenquru" müsabiqəsində yer tutmuş ibtidai sinif şagirdlərinin uğurlarını dəyərləndirmişdir.
Məktəb-liseyin direktoru  Mətanət Cabbarlı həmin şagirdləri təbrik etmiş, sertifikatlarını təqdim etmişdir. Məktəbimizin müəllimləri Cəmilə Əsgərova və Gülşən Ənvərlinin təşəbbüsü ilə 62 nömrəli məktəb liseyin şagirdlərinin nailiyyətləri üçün "Ictimai Lövhə" yaradılmışdır.Uğurlarımız davamlı olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi