“ Gənc ekologiya mühəndisləri” layihəsinin yekunu hesabatı

21.12.2021 tarixində 62 nömrəli məktəb liseydə coğrafiya müəllimi Seyfullayeva Vəfanın Təhsildə İnkişaf və innovasiyalar üzrə v qrant müsabiqə qalibi “ Gənc ekologiya mühəndisləri” layihəsinin yekun tədbiri oldu. Tədbirdə məktəb kollektivi ilə yanaşı , layihədə dəstək olan Xəzər universitetinin coğrafiya və ətraf mühit departamentinin rəhbəri Rövşən Abbasov , Fizika və Elektronika departmentinin müdiri Fəridə Tatardar ,
 Mexanika mühəndisliyi departamentinin koordinatoru Mehdi KiyaSatfar iştirak edirdi. Layihənin əsas məqsədi məktəblilər arasında mühəndis bacarıq və keyfiyyətlərini aşılamaq və inkişaf etdirməkdir. Layihədə 30 şagird iştirak edirdi. Tədbirin açılışını edən layihə rəhbəri ilk sözü məktəb liseyin direktoru Mətanət Cabbarlıya verdi. Daha sonra layihə rəhbəri 3 ay ərzində layihə çərçivəsində görülən işlər haqqında tədbir iştirakçılarına geniş informasiya verdi. Rövşən Abbasov çıxış edərək layihənin gələcək nəslin inkişafına müsbət təsirindən bəhs etdi. Kiçik akademiyanın prezidenti Həsən Quliyev çıxış edərək layihə iştirakçıları ilə birgə özünün şəxsi layihəsi əsasında hazırlanmış “İstikbal” mini puasının əhəmiyyətindən bəhs etdi. Layihə iştirakçıları hazırladıqları qurğuları əyani formada təqdim etdilər, qurğuların işləmə prinsipləri və əhəmiyyəti haqqında məlumat verdilər. Tədbirdə təqdim olunan qurğular ekoloji problemlərin həllinə yönəlmiş qurğulardır. Bunlara “ bioqaz” qurğusunu, “günəş panellərindən istifadəyə, alternativ su mənbələrindən istifadəyə , tullantılardan səməri istifadəyə aid qurğuları misal göstərmək olar. Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi