Zəfərə gedən yol

62 nömrəli məktəb-liseydə Zəfər gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib. Tədbirdə “AzərSun” Holdingin marka rəhbəri Ayaz Abdullayev, YAP Nizami rayon təşkilatının nümayəndəsi Tünzalə Əliyeva, məktəbin iki şəhid məzunu Elsəvər Əhədzadənin anası, Samir Xəlilovun bacısı, Vətən müharibəsinin qaziləri iştirak etmişdi.
 “Zəfərə gedən yol” adlı tədbirə şagirdlərin 44 günlük “Dəmir yumruq” əməliyyatına həsr olunmuş əl işlərindən ibarət sərgi ilə başlandı.Tədbir ədəbi-bədii kompozisiya üzərində qurulmuş, məktəb şagirdləri şəhidlərimizə, qazilərə olan sevgilərini nümayiş etdirdilər. Bundan əlavə, tədbirdə Türkiyə və Azərbaycanın sarsılmaz dostluğunun davamlılığı vurğulandı.Sonda 62 nömrəli məktəbin direktoru Mətanət Cabbarlı, şəhid Elsəvər Əhədzadənin anası şanlı qələbəmizdə igidlik göstərən qəhrəmanlardan söz açdılar.
 Qeyd edək ki, tədbir məktəbin tarix müəllimi Vüsal Musayev, musiqi müəlliməsi İradə Muradova tərəfindən təşkil olunmuşdu. Sonda “AzərSun” Holding tərəfindən şəhid ailələrinə sovqat paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi