27 sentyabr Anım günü
Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 27 sentyabr anım gününə həsr olunan "Hər məktəbdə 44 ağac" devizi altında ağac əkmə aksiyası keçirilib. 62 nömrəli məktəb-liseydə təşkil olunan ağac əkmə aksiyasında BŞT-nin müdir müavini Xəyalə Əhmədzdə,Ümumi təhsil sektorun müdiri Fuad Babayev, İnformasiya təminatı sektorunun müdiri Tural Mahmudov, məktəb-liseyin direktoru Mətanət Cabbarlı və müəllimlər iştirak edib.