Məktəbimizin uğuru
Nizami rayon 62 nömrəli məktəb-liseyin şagirdləri Fərid Bəndiyev, Toğrul Allahverdiyev və Həsən Quliyev ingilis dili müəllimi Zülfiyyə Əliyevanın rəhbərliyi ilə ümumtəhsil məktəblərində fəaliyyət göstərən English Clublar arasında ekoloji mövzulara dair keçirilən müsabiqədə finala vəsiqə qazanaraq təqdim etdikləri iş Böyük Britaniya Səfirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 1ci yere layiq görüldü. 47 məktəb arasında seçildiyimizə görə çox şadıq.