Son Zəng
14.06.2021 tarixində 62 nömrəli məktəb-liseyində "Son zəng" baş tutdu. Tədbirdə 11 a,b,c sinif şagirdləri, onların sinif rəhbərləri və məktəb rəhbərliyi iştirak etdi. Tədbir Azərbaycan Respublikasının himni ilə açıldı. Məktəbin direktoru Cabbarlı Mətanət çıxış edərək məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı. Sinif rəhbərləri və fənn müəllimləri də məzunlara xoş arzularını bildirdilər. Tədbirin sonunda məzunlarımız məktəbimizin I və II Qarabağ şəhidləri Q.Xalid, Ə.Fərid və X. Samiri anaraq büst və şəkilləri önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirdilər.