Nizami - 880
04.05.2021 tarixdə 4 məktəb arasında 62 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə "Nizami-880" adlı layihə həyata keçirildi. Hazırlığına 1 ay əvvəl başlanan tədbirdə böyük şairin "Sirlər xəzinəsi" əsəri müzakirə edildi. Şagirdlər oxuduqları hekayələrin məzmununu danışaraq təhlil etdilər. Hər üç məktəbdən qoşulan müəllimlər də öz fikirlərini söylədilər.
62 nömrəli məktəb-liseyin 5 a sinif şagirdi Əliyev Əlinin hazırladığı səhnəciklər tədbirə xüsusi rəng qatdı. Bu layihə oxu vərdişlərinin inkişafına xidmət edirdi. Bundan sonra da belə layihələr davamlı olacaq.