Aşıq Ələsgər irsi

2021-ci il aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz üstadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi tamam olur. 
Möhtərəm Prezidentimiz İlham Əliyev 18 fevral 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Bununla əlaqədar Xalid Quliyev adına 62 nömrəli məktəb-liseyin nəzdində fəaliyyət göstərən "Kiçik Akademiyanın" humanitar bölməsinin təşəbbüs və təşkilatçılığı ilə "Aşıq Ələsgər irsinin öyrənilməsi" məktəblərarası onlayn yaradıcılıq gecəsi rəşkil olunmuşdur. Yaradıcılıq gecəsində bizimlə bərabər 61 nömrəli tam orta məktəb, 210 nömrəli tam orta məktəb, 311 nömrəli tam orta məktəb, 284 nömrəli tam orta məktəblərinin direktorları, metodbirləşmə rəhbərləri və şagirdləri iştirak etdi. Tədbirdə şagirdlərin rəngarəng təqdimatları dinlənmişdir. Məqsəd Aşıq Ələsgərin zəngin poetik irsini gənc nəsil arasında təbliği və tətqiqidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi