Qarabağ Azərbaycandır

08.01.2020 tarixdə "Qarabağ Azərbaycandır"layihemizin Şuşaya həsr olunmuş tədbiri baş tutdu.Tədbirdə müəllim və şagird kollektivi,valideynlər və məktəbimizin məzunu,qazi Hüseynli Elçin də iştirak edirdi.Tədbiri məktəbimizin tarix müəllimləri və şagirdlər "Qələbə rəmzimiz-Şuşa adı ilə hazırlamışdılar.Onlar Şuşanın tarixi ,coğrafiyası,mədəni abidələri haqqında geniş və maraqlı məlumatlar təqdim etdilər.Qazimizin və Şuşalı valideynlərimizin söhbətləri ,xüsusilə ,maraqla qarşılandı.Şagirdlərimiz müharibənin simvolu olan Xarıbülbülə həsr olunmuş flaşmobu videoçarx vasitəsi ilə təqdim etdilər.Sonda tədbir iştirakçıları "Qarabağ Azərbaycandır!" nidasını səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi