Qarabağ Azərbaycandır

30.12.2020 ci il tarixində Xalid  Quliyev adına 62 nömrəli məktəb-liseyin "QARABAĞ AZƏRBAYCANDIR " layihəsi çərçivəsində növbəti tədbiri baş tutdu. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmiş II Qarabağ müharibəsi qazisi mayor , batalyon komandiri Əliyev Xəyyam Şadət oğlu iştirak etdi və müzəffər ordumuzun qələbəyə gedən şanlı döyüş yolu haqqında iştirakçılara məlumat verdi. Qazimiz torpaqlarımızı işğaldan azad etmək üçün əsgərlərin göstərdikləri şücaətin əvəzsizliyi  və Vətənimizin ərazi bütövlüyünü qoruyub saxlamağı şagirdlərimizin vətənpərvərlik vəzifəsi  olduğu haqqında şagirdlərlə söhbət etdi. Məktəb - liseyin müəllim heyəti və şagirdlərinin Qubadlı və Zəngilan rayonlarının iqtisadi mövqeyi , tarixi təbii ehtiyatları, flora və faunası haqqında maarifləndirici təqdimatları oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi