Başın sağ olsun,Vətən!Başın sağ olsun elm ocağım! Şəhidin var.
Xəlilli Samir Əhməd oğlu.Yaxşı,ağıllı,vətənpərvər kimi yadda qalan Samirimiz.Vətənin dar günündə səsinə səs verdi,könüllü olaraq döyüşə getdi və cəmi 13 gündən sonra şəhid oldu.Ailənin tək oğul övladı Vətənin oğlu olaraq şanlı bayrağımıza bürünərək "Vətən sağ olsun"deyib canından üstün tutduğu Vətən torpağına qovuşdu.Allah səni rəhmət eləsin,Samir.Ruhun şad olsun.Qanın yerdə qalmadı.Sənin də,bütün şəhidlərin də qisasını şanlı ordumuz qaniçən mənfur düşməndən aldı.