“Oxu- özünü kəşf et”
Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmrini rəhbər tutaraq şagirdlərdə mütaliə vərdişlərinin yaranması və formalaşması üçün 62 nömrəli məktəb - lisey “Oxu- özünü kəşf et” adlı layihə hazırlamışdır. Layihə zamani 7-ci sinif şagirdləri arasında oxunan əsərlərin müzakirəsinin və yekun olaraq bilik yarışının təşkil edilməsi nəzərdə tutulmuşdur.