Pedoqoji mühazirə qaliblərinin mükafatlandırılması
Yanvarın 30-da ötən dərs ilində keçirilən respublika pedoqoji mühazirə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mühazirələrin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq,təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdir.Pedoqoji mühazirədə Bakı şəhəri 62 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanımgül Həsənova Respublika "Pedoqoji Mühazirələr"inin nəticələrinə görə I dərəcəli diplomla təltif olunub.