Valideynin məktəbdə bir günü
Şagirdlərin tam inkişafı üçün müəllim-valideyn əməkdaşlığı vəhdət təşkil etməlidir.Çünki təhsil ilk növbədə ailədə başlayır və məktəbdə davam edir.Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri də keçirilir.Qeyd edək ki,valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək istər infrastruktur,istərsə də tədris prosesinin istiqamətində onları məlumatlandırmaq,valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədinə xidmət edir.