Pedaqoji şuranın növbəti iclası keçirildi

  2023-2024-cü tədris ili üçün tərtib olunan fəaliyyət planına əsasən bu gün məktəbimizdə pedaqoji şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru Aytən Sadıqova açaraq il ərzində görülmüş işlər və qarşıda duran məsələlər barədə məlumat verdi. Direktor müavinlərinin illik hesabatı dinlənildi. Müəllimlərin arzu və tövsiyələri qarşılıqlı əməkdaşlıq şəraitində müzakirə edildi. Sonda məktəbin direktoru sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərimizi təbrik etdi, il ərzində məktəbin ictimai işlərində fəal iştirak edən siniflərin sinif rəhbərlərinə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi