“Təhsil verənlərin etik davranış prinsipləri” mövzusunda iclas keçirildi.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi haqqında əsasnamə”nin 3.1.60-cı və 5.11.2-ci yarımbəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi Kollegiya iclasında qəbul edilmiş qərarların məktəbin pedaqoji heyətin diqqətinə çatdırılması məqsədilə 04.06.2024-cü il tarixində məktəbimizdə iclas keçirildi. Məktəbin direktoru Aytən Sadıqova təhsilverənlərin etik davranış prinsiplərini, təhsil verənlərdə korrupsiyanın qarşısının alınması, onların korrupsiyaya qarşı barışmazlıq ruhunda formalaşdırılması istiqamətində geniş məlumat verdi.  Sonda iclas iştirakçılarına Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiya qərarından çıxarılmış məlumatlar paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi