Son Zəng

         2023-2024-cü tədris ilinin  başa çatması ilə əlaqədar bu gün məktəbimizdə "Son Zəng" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Aytən Sadıqova məzunları salamlayıb, təbrik etdi. Tədbirimizdə qonaq qismində iştirak edən məktəbimizin adını daşıyan şəhid Tahir Həsənovun qardaşı da məzunlarımızı təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. Ulu Öndər Heydər Əliyevin  "Təhsil Millətin Gələcəyidir" sözlərini xatırladıq. Məktəbimizin direktoru həmin parlaq gələcəyin məhz gənclərin əlində olduğunu və onların bunu layiqincə dəyərləndirilməsini qeyd etdi. Tədbir məzunlarımızın hazırladığı  ədəbi bədii kompozisiyalarla dəvam etdirildi. Sonda məzunlarımız üçün son zəng çalındı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi