Mirzə Ələkbər Sabir yaradıcılığını öyrənirik

Bu gün məktəbimizdə dahi Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 161 illiyinə həsr olunmuş tədbir keçirildi. Şagirdlər M.Ə.Sabirin şeirlərindən nümunələr səsləndirdilər. "Sual-cavab", "Oxutmuram əl çəkin", "Ürəfa marşı", "Millət necə tarac olur-olsun, nə işim var" şeirləri ətrafında maraqlı debat təşkil edildi. Şairin məktəb həyatına həsr olunmuş əsərləri, sevilən şeir nümunələrindən parçalar şagirdlərin ifasında səsləndirildi.