“Milli təfəkkürümüzə, milli-mənəvi dəyərlərimizə yad olan təzahürlərə yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Narkomaniyaya yox deyək”, “Azərbaycan gəncləri narkotikə yox deyir”, “İİV-QİÇS və narkomaniya bəlasına son qoyaq”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrasına həsr olunmuş pedaqoji işçilərin məktəb müşavirəsi keçirilmişdir. Dövlət başçısının həmin nitqindəki müddəalarla, qarşıda duran vəzifələrlə pedoqoji kollektiv, direktor müavinləri, valideyn komitələri tanış edilmiş və fəaliyyət planının icrası ilə bağlı işlərin aparılması planlaşdırılmışdır. Şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi istiqamətində onların iştirakı ilə fəaliyyət planında göstərilən bir sıra mövzularda noyabr ayında tədbirlər təşkil edilmişdir. İstedadlı uşaq və şagirdlərin aşkara çıxarılıb onların potensial imkanlarının dahada inkişaf etdirilməsi məqsədi ilə bütün vasitələrdən səmərəli istifadə olunması şagirdlərin iştirakı ilə müsabiqələr baxış, festival, olimpiadalar və spartakiadalar təşkil edilmişdir. Məktəbdə sanitar-gigiyena rejiminin gözlənilməsi, məktəblilərin sağlam həyat tərzinin təmin edilməsi, narkomaniya və alkoqolizm meyllərinin qarşısının alınması, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları üzə çixarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədilə “Milli təfəkkürümüzə, milli-mənəvi dəyərlərimizə yad olan təzahürlərə yox deyək” mövzusunda tədbir “Azərbaycan Gəncləri narkotikə yox deyir” mövzusunda inşa yazı, rəsm müsabiqəsi və dəyirmi stol keçirilmişdir. Məktəbimizin psixoloqu Əliyeva Nigarın təşkilatçılığı ilə “Gənclik və narkomaniya” devizi altında məktəbdə şagirdlərlə "Sonradan qazanılmış pis vərdişlərdən nece qurtulmalı" haqqında maarifləndirici tədbiri keçirilmişdir Tədbir şagirdlər tərəfindən çox maraqla dinlənilmişdir.Məktəbimizdə “Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq”adlı maarifləndirici tədbirlər mütəmadi olaraq keçirilir.Məktəbin direktoru Qarabəyli Hicran, məktəbin həkim və tibb bacısı Sara Bağırova, məktəbin biologiya müəllimləri iştirak etmişlər . Şagirdlərə xəstəliyin infeksiyasının diaqnostikası və virusun törətdiyi acı fəsadlar haqqında maarifləndirmə bukleti və foto plakatlar paylanıb. Gəncləri “Milli təfəkkürümüzə, milli-mənəvi dəyərlərimizə yad olan təzahürlərə yox deyək”, “Milli-əxlaqi dəyərlərə yiyələnən”, “Narkomaniya və sərxoşluğa qarşı mübarizə”, “Pis vərdişlərdən azad olmaq” haqqında şagirdlər məruzələr hazırladılar. Məktəbdə narkomaniya və onun cəmiyyətə vurduğu ziyanlar barədə şagirdlər arasında ardıcıl təbliğat və profilaktik söhbət aparılır. Məktəbin müdiriyyətinin xüsusi diqqəti nəticəsində təhlükəsiz həyat üçün davranış vərdişlərinin aşılanmasına dair biliklərin əsası qoyulub və görülən tədbirlər nəticəsində narkomaniya ilə əlaqədar heç bir hadisə baş verməmişdi.