Milli Müdafiə İnstitutunun əməkdaşı ilə maarifləndirici görüş

"Konstitusiya və Suverenlik ili" çərçivəsində " Məktəb və ailəm " layihəsi ilə əlaqədar məktəbimizdə 9-11-ci sinif şagirdləri və onların valideynləri üçün Milli Müdafiə İnstitutunun əməkdaşı tərəfindən maarifləndirici təlim keçirildi. Təlimin əsas məqsədi şagirdlərə hərbi sahədə ali təhsil imkanları haqqında ətraflı məlumat vermək və onları bu istiqamətdə düzgün istiqamətləndirmək idi.Görüş zamanı Milli Müdafiə Universitetinə qəbul qaydaları, tələb olunan meyarlar və təhsil müddətində nəzərdə tutulan proqramlar haqqında ətraflı məlumat təqdim olundu. Eyni zamanda iştirakçıların sualları cavablandırıldı, onları maraqlandıran məsələlər aydınlaşdırıldı.Təlim şagird və valideynlər tərəfindən böyük maraqla qarşılandı və gələcək planlaşdırma baxımından faydalı oldu.