“Valideyn-Müəllim-Şagird Üçbucağı” Layihəsi Çərçivəsində Breyn-Rinq yarışı keçirildi

    “Valideyn-Müəllim-Şagird Üçbucağı” layihəsi çərçivəsində məktəbimizdə maraqlı və maarifləndirici bir sosial-psixoloji Breyn-rinq yarışı təşkil olunmuşdur. Tədbirin təşkilatçıları məktəbimizin psixoloqları Nigar Quliyeva və Turan Məmmədova olmuşdur. Yarışın əsas məqsədi məktəb, ailə və şagird arasında qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək, eyni zamanda iştirakçıların bilik və məntiqi düşüncə bacarıqlarını inkişaf etdirməkdən ibarət idi.Breyn-rinq yarışında hər bir komandada 3 şagird, 3 valideyn və sinif rəhbəri iştirak edərək, birlikdə çalışmaq və düşünmək bacarıqlarını nümayiş etdirmişlər.Yarışın münsiflər heyətində məktəbin direktoru Könül Hüseynova, icma rəhbəri Fuad Qasımov, direktor müavini Vəfa Quliyeva və UBTR nümayəndəsi Froza Abbasova komandaların çıxışlarını qiymətləndirərək qalibləri müəyyən etmişlər.Gərgin və maraqlı mübarizənin nəticəsində 9a sinfinin şagirdləri, sinif rəhbəri və valideynlər yarışın qalibi olmuşdur. Qalib komandamızı təbrik edir, bütün iştirakçılara uğurlar arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi