"Son zəng" tədbiri ilə bağlı maarifləndirici iclas

Hər il olduğu kimi bu il də "Son zəng" tədbiri ilə məktəblərə xüsusi təlimat  göndərilmişdir. Təlimatın əsas məqsədi tədbirin təhlükəsiz, nizam-intizamlı və mənalı şəkildə keçirilməsini təmin etməkdir. Məktəbin direktoru K.Q. Hüseynovanın rəhbərliyi ilə təlimata uyğun olaraq 14 may 2025-ci il tarixində direktor  müavinləri, UBTR, sinif rəhbərlərinin iştirakı ilə  iclas təşkil edilmişdir.

İclasda direktor və direktor müavinləri tərəfindən təlimatların əsas müddəaları müəllimlərin diqqətinə çatdırılmış, tədbirin təşkili ilə fbağlı görüləcək işlər müzakirə olunmuşdur. Xüsusilə şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, tədbir zamanı məsuliyyət bölgüsü, valideynlərlə əməkdaşlıq və məktəb ərazisindən kənarda keçirilə biləcək qeyri-rəsmi toplaşmaların qarşısının alınması kimi məsələlər ön plana çəkilmişdir.Eyni zamanda, tədbirin vətənpərvərlik ruhunda, səmimi və mənalı bir şəkildə təşkili ilə bağlı təkliflər dinlənilmiş, müəllimlərin və təşkilati işçilərin rəy və təklifləri nəzərə alınmışdır.İclasın sonunda məktəb rəhbərliyi müəllimləri birlikdə fəaliyyət göstərməyə, "Son zəng"in həm məzunlar, həm də məktəb kollektivinin yaddaşında xoş xatirə olaraq qalması üçün məsuliyyətli yanaşmağa çağırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi