"Uşaqların sevinci – bizim sevincimizdir" adlı tədbir

    30 may tarixində məktəbimizdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Uşaqların sevinci – bizim sevincimizdir” adlı rəngarəng və maraqlı tədbir keçirildi. Tədbirin əsas məqsədi uşaqların hüquqlarını təbliğ etmək, onların istedad və bacarıqlarını nümayiş etdirmək, məktəbdə xoş ovqat yaratmaq və uşaqlara unudulmaz bir gün yaşatmaq idi. Bayram tədbiri uşaqların ifasında müxtəlif şeirlərlə, rəqslərlə və maraqlı  əyləncəli  oyunlarla  davam etdi. Şagirdlər   məktəbin həyətində rəsm çəkdilər və idman yarışları keçirdilər. Tədbir boyunca uşaqların sevincli üzləri, gözlərindəki parıltı və onların sərbəst şəkildə özlərini ifadə etməsi məktəb kollektivini və valideynləri dərin məmnuniyyət hissi ilə doldurdu.  Uşaqlar bizim sabahımız, gələcəyimizdir. Onların hüquqlarının qorunması, sağlam və xoşbəxt mühitdə böyümələri hər birimizin borcudur. Məktəbimiz bu kimi tədbirlərlə uşaqların rifahına, inkişafına və sevincinə dəstək olmağa davam edəcək.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi