Yüksək nəticə göstərmiş şagirdimiz

9a sinif şagirdi Ayla Abdayeva buraxılış imtahanından 297 bal toplayaraq yüksək nəticə göstərmiş və məktəbimizin fəxri şagirdlərindən biri olduğunu bir daha sübut etmişdir. Onun bu uğuru məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və Ayla xüsusi mükafatla təltif olunmuşdur. Ayla Abdayeva dərsə məsuliyyətli yanaşması, daim çalışqanlığı və məqsədyönlü fəaliyyəti ilə həm müəllimlərin, həm də sinif yoldaşlarının hörmətini qazanmışdır. Onun əldə etdiyi bu nəticə gənc nəslin bilik və bacarıqlarının inkişafına verdiyi əhəmiyyətin bariz nümunəsidir.
Məktəb kollektivi olaraq Ayla Abdayevanı ürəkdən təbrik edir, ona gələcək təhsil həyatında daha böyük uğurlar arzulayırıq!